Rusiya ilə Ukrayna arasında danışıqlara Almaniyanın keçmiş kansleri Angela Merkel kömək edə bilər. Bu fikirləri Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik müsahibəsində deyib.
SİTAT.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, səfir bu sözləri Putinlə Merkelin münasibətlərini nəzərə alaraq söyləyib.
O bildirib ki, Ukrayna Almaniyanın keçmiş kansleri Angela Merkelin Kremli Ukraynaya qarşı müharibəni dayandırmağa çağırmasını alqışlayacaq.
Səfir jurnalistlərin sualına cavab olaraq bildirib ki, Merkelin Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olması tamamilə mümkün ssenaridir.
"Təəssüf ki, Merkel qəti şəkildə bugünkü siyasi gündəmdə fəal iştirak etməmək qərarına gəlib. Lakin o, bu lənətə gəlmiş müharibənin sona çatmasına kömək edə biləcəyini hiss etsəydi, onun iştirakı əlbəttə ki, çox xoş olardı. Xüsusən də Putinlə çox etibarlı münasibət saxladığı üçün".
Günel,
SİTAT.İNFO