Havalar bu tarixdən isinəcək - PROQNOZ

12:35 12 May 2022

"Mayın 14-dən hava tədricən istiləşəcək".

Bu sözləri Ölkə.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O, mayın 13-ü səhər saatlarından başlayaraq temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti olacağını bildirib:

"İlkin məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mayın 14-dən isə havalar istiləşməyə doğru gedəcək".



Xəbər xətti