Biz təhrik edirik ki, Bakı zərbə endirsin - Babacanyan

13:57 12 May 2022

Zənnimcə, çox təhlükəli proseslər gedir və onların bir neçə məqsədi var, ən təhlükəlisi isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamasına birbaşa təhrik etməkdir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın keçmiş deputatı Arman Babacanyan danışıb.

"Dözümsüzlüyün ritorikası, türklərə qarşı nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsas səbəb ola bilər. Beləliklə beynəlxalq ictimaiyyət də Şuşa, Hadrut və digər əraziləri qaytarmaq niyyətində olduqlarını bəyan edən revanşistlərin Ermənistanda hakimiyyəti ələ almağa çalışdıqlarını görəcək", - o qeyd edib.

Babacanyanın sözlərinə görə, Haaqada nəzərdən keçirilən ermənilərin iddiası ləğv edilib:

"Siz başa düşürsünüz ki, Haaqada nəzərdən keçirilən nifrət və dözümsüzlükdən bəhs edən iddiamız İrəvanın mərkəzində "türk" sözündən mənfi konnotasiya ilə istifadə edilməsi ritorikası ilə aradan qaldırılıb! Rəqiblərimiz bundan çox gözəl yararlanacaqlar".

/Axar.az



Xəbər xətti