ABŞ-ın Ukraynaya yardım paketinə Rusiyadan sərt reaksiya gəldi

14:04 12 May 2022

 ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqlədikdən sonra, Moskvadan Vaşinqtona sərt reaksiyalar gəlir.

SİTAT.İNFO xəbər verir ki, Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Ukraynaya göndərəcəyi 40 milyard dollarlıq yardım paketini Rusiyaya qarşı “vəkil müharibəsi” kimi qiymətləndirib.

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin Ukraynaya 33 milyard dollarlıq yardım paketini təsdiqlədikdən və bu məbləği 40 milyard dollara çatdırdıqdan sonra, Medvedev sosial mediada ittihamlar səsləndirib.

2020-ci ilin yanvarında baş nazir postundan istefa verən və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinə başlayan Medvedev Nümayəndələr Palatasının təsdiqlədiyi yardım paketini “ölkəsini ciddi məğlubiyyətə uğratmaq cəhdi və iqtisadi artımını, dünyada siyasi təsirini məhdudlaşdırmaq cəhdi” kimi qiymətləndirib. 

Nigar Abuzər

SİTAT.İNFO

 



Xəbər xətti