Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşdü

14:25 12 May 2022

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.

Sitat.info xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb.

Qadının axtarışları hələlik heç bir nəticə verməyib.

/Axar.az



Xəbər xətti