Xalqımızın 30 il bir an da unutmadığı, uğrunda 3 min vətən oğlunun can verərək düşməndan geri aldığı Qarabağ sözü dilimizin əzbəridir, ən müqəddəs sözümüzdür. Ancaq bu hələ o demək deyil ki, hər yerə, hər şeyə Qarabağ adını verə bilərik.
Bəzən elə məqamlarda "Qarabağ" sözündən istifadə olunur ki, bu bizim şəhid qanı ilə suvarılmış torpaqlarımıza hörmətsizlik olur.
Bunlardan biri də günəbaxan tumlarına Qarabağ adının verilməsidir. "Qarabağ tumları" sözü neçə müddətdir etirazlara səbəb olsa da, satışdan çıxarılmır və bu ada qadağa qoyulmur.
Və heç kimə sirr deyil ki, istifadə edildikdən sonra qablaşdırma kağızları zibil qutularına tullanılır. Belə bir halın yaşanmaması üçün məhsulların üzərində Azərbaycan xalqı üçün müqəddəs dəyərə çevrilmiş xüsusi isimlərdən istifadə qadağan edilməlidir.