Rusiyanın ölüm qatarı: Rus əsgərlərinin cibindən çıxanlar hər kəsi dəhşətə gətirdi

14:17 13 May 2022

Rusiya tərəfindən işğal olunmuş ərazilərini qaytarmağa çalışan Ukrayna ordusu, jurnalistlərə Kiyev yaxınlığındakı soyuducu qatarın vaqonuna giriş imkanı verib. Vaqonun içərisində rus əsgərlərinin cəsədləri ilə dolu onlarla ağ cəsəd torbası var. 
Vladimir Putinin müharibədə həlak olan əsgərlərinin cəsədləri və mülki əhalidən talan edildiyi iddia edilən qızıllarla dolu olan soyuducu qatar Ukraynada görüntülənib. Ukrayna ordusu jurnalistlərə Kiyev yaxınlığındakı vaqona giriş imkanı verib və bir polkovnik jurnalistlərə bildirib ki, Moskva öz ölülərini qəbul etməkdən imtina edib.

MORQ İŞÇİLƏRİ JURNALİSTLƏRƏ BİR-BİR GÖSTƏRDİ

Qatarın içərisində çəkilən görüntülər, vaqonun bir ucuna yığılmış ağ torbalardakı cansız cəsədləri gözlər önünə sərdi. Morq işçiləri jurnalistlərə əsgərlərin ciblərində, ehtimal ki, Ukrayna mülki vətəndaşlarından talan edilmiş qızıl tapdıqlarını bildiriblər. Morq işçilərindən biri, öldürülən əsgərlərdən birinin “elit bir paraşütçü” olduğunu deyərək, iki hərbi nişanı göstərib. Kiyev, Rusiya prezidentinin fevralın 24-də qoşunlarının Ukraynaya göndərilməsi barədə əmr verdiyi vaxtdan bəri 25 mindən çox rus əsgərinin öldürüldüyünü bildirir. Kreml yalnız 1300-ə yaxın ölümü etiraf edib.

"BİZ CƏSƏDLƏRƏ RUSLARIN SİVİLLƏRƏ  DAVRANDĞINDAN DAHA YAXŞI DAVRANIRIQ"
Ukrayna ordusunun polkovniki Volodimir Liamzin Əl-Cəzirə telekanalına deyib ki, qatardakı cəsədlər “lazım olduğu qədər” saxlanılacaq və Kiyev rus ölülərinə, rusların ukraynalı vətəndaşlara davrandığından daha yaxşı davranacaq. 

"Rusiya onları götürməkdən imtina etdiyi üçün Ukrayna hökuməti meyitlərlə nə edəcəyinə qərar verəcək” – deyən polkovnik Liamzin, “Hər bir meyit hərbi cinayətin sübutudur”, dedi.

CİBLƏRİNDƏN KİÇİK XƏZİNƏLƏR ÇIXDI

Ukraynalı morq işçiləri, rus əsgərlərinin cəsədlərindən tapılan qızıl-zinət əşyalarını Əl-Cəzirə müxbirlərinə göstəriblər. Bunların rus əsgərlər tərəfindən ukraynalı vətəndaşlardan talan edildiyi güman edilir. Əsgərlərin ciblərindən tapılan “kiçik xəzinə”də qətlə yetirilən mülki şəxslərə məxsus qızıl boyunbağı və üzüklər, həmçinin kredit kartları tapılıb.

Ukraynanda əhalinin Putinin əsgərləri tərəfindən talan edilməsi bu kadrlarda bir daha sənədləşdirilir. Həm ukraynalı, həm də beynəlxalq prokurorlar, rus əsgərləri tərəfindən kütləvi qətllər, işgəncələr və zorlamalar da daxil olmaqla, yüzlərlə başqa potensial müharibə cinayətlərini araşdırır. Rusiya qoşunları fevralın 24-də Kremlin “Donbası qorumaq” üçün “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukrayna ərazisini işğal edib. Bu gün işğalın 77-ci günüdür.

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti