Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahan suallarını 2-3 min dollar müqabilində satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Onlar arasında azərbaycanlılar da var.
Sitat.info Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, Ankara Baş Prokurorluğu 6 nəfəri şübhəli şəxs kimi saxlayıb.
Saxlanılanlar İran və Azərbaycan əsilli şəxslərdir.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı 18 SAT sual kitabçası və çox sayda elektron materiallar aşkarlanıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.