Üzeyir Cəfərov Kadırovun adamlarından danışdı: "Açıq və gizli şəkildə təhdid edirlər, ancaq..."

17:32 16 May 2022

“Polkovniki yaxın vaxtlarda  Qroznuda diz çökdürəciyik, Kadırovun qarşısında Rusiya ordusundan üzr istəyəcək”- Üzeyir Cəfərova  Kadırovun adamlardan xoşagəlməz təhdid

Hərbi ekspert Üzeyir Cəfərov Rusiya əleyhinə çıxışlara və bu dövlətin Ukraynaya qarşı apardığı işğalçı müharibəni pislədiyinə görə, Çeçenistan rüspublikasının lideri Ramzan Kadırovun adamları tərəfindən təhdidlərə məruz qalıb.
Sözügedən məsələ ilə bağlı SİTAT.İNFO-ya danışan Üzeyir Cəfərov bildirib ki, son vaxtlar Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı səsləndirdiyi fikirlər görünür Rusiya tərəfini çox narahat edib:

"Məni açıq və gizli şəkildə təhdid ediblər, ancaq heç cür narahatçılığım yoxdur. Kimin nə deməyindən asılı olmayaraq, mən fəaliyyətimi dayandırmıram, həmişə getdiyim yolla getmişəm, gedirəm və gedəcəm”.

Ü.Cəfərovun sözlərinə görə, təhdidlərdə “polkovniki yaxın vaxtlarda  Qroznuda , Kadırovun qarşısında diz çökdürəciyik, Rusiya ordusundan üzr istəyəcək ,onu ağıllandıracağıq” tipli mesajlar yazıblar. Mən bununla bağlı dövlət təhlükəsizlik xidmətinə də müraciət edə bilərdim, amma istəmirəm: Bunlar hamısı acizlikdir, qorxaqlıqdır. Şantajla, hədə-qorxu ilə məni yolumdan çəkindirməyə çalışırlar, amma mənim zərrə qədər də geriyə addım atmaq fikrim yoxdur. Belə təhdidlər birinci dəfə deyil. Mən hələ Müdafiə Nazirliyinin Mərkəzi aparatında xidmətdə olarkən mənə qarşı sui-qəsd cəhdi olmuşdu. Sonradan həmin şəxsləri özüm tapdım və məsuliyyətə cəlb olunması üçün əlimdən gələni etdim. O iş Azərbaycanda öz həllini tapmasa da, Avropa İnsan Hüquqları məhkəməsində dəyərli hüquqşünaslar vasitəsilə mübahisələndirdim və qələbə qazandım. Keçmiş baş prokuror Zakir Qaralovun imzaladığı qərarla həmin iş ləğv olundu. İndi də o məsələ açıq qalır". 

Üzeyir Cəfərov onu da vurğulayıb ki, heş bir təhdiddən çəkinmir: "Tam səmimiyyətimlə, məsuliyyətimlə deyirəm ki, əgər mən belə şeylərdən çəkinsəydim mətbuatda sözümü deməzdim”.

Niugar Abuzər 

SİTAT.İNFO

 



Xəbər xətti