"Əsgərlərimiz ehtiyatlı olmalıdırlar, təxribatlar gözlənilir" - Üzeyir Cəfərov XƏBƏRDARLIQ ETDİ

17:55 16 May 2022

"Nikol Paşinyanın hər Moskva səfəri cəbhədə atışmaların intensivləşməsi ilə özünü biruzə verir. İndi Paşinyan gələndən sonra Araik Arutunyan İrəvanda peyda olacaq. Paşinyan Arutunyana tapşırıqlar verəcək".

Bu sözləri SİTAT.İNFO- ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, əsgər və zabitlərimiz ehtiyatlı olmalıdırlar: "Təxribat təhlükəsi həmişə var. Erməni tör-töküntüləri Qarabağdan təmizlənmədiyi müddətcə əsgərlərimiz üçün çətin olacaq. Yaxın vaxtlarda  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı iki ölkənin işçi qrupu  görüşməlidir. Rusiya buna imkan verməyəcək. Rusiya, öz iradəsindən kənarda  bu işin baş tutmasına icazə verməyəcək".

Ü.Cəfərov vurğuladı ki, Qarabağ məsələsinin taleyi həm də Ukraynada həll olunur: " Ukrayna Rusiya ordusunu diz çökdürsə, Rusiya öz qüvvələrini Qarabağdan da geri çəkməyə məcbur qalacaq. Dünən maraqlı bir mənzərə var idi. 44 günlük savaşda Azərbaycan ordusuna qarşı döyüşmüş piyadaların döyüş maşını erməni emblemi ilə Ukrayna ordusu tərəfindən qənimət kimi götürülüb, bir neçəsi isə vurulub. Rusiyanın murdar əməlləri hər yerdə görülməkdədir. Biz əsgərlərimizi ermənidən çox rusun fitnəsindən qorumalıyıq".

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti