“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov Avropa Yayım Birliyinin (AYB) Azərbaycan münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinə münasibət bildirib.
SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, İsa Məlikov AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin rəsmi olmadığını deyib:
“İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”.