Aktyor oğlunun maaşının artırılması üçün deputata müraciət etdi, işdən çıxardılar

08:55 17 May 2022

Aktyor oğlunun maaşının artırılması üçün deputata müraciət etdi, işdən çıxardılar

Azərbaycanın məşhur aktyoru Midhat Aydın bir müddət əvvəl SOCAR-da oğlunun maaşının artırılması üçün deputat Könül Nurullayevaya müraciət edib. Nəticədə oğlu işdən çıxarılıb.

Sitat.info-un xəbərinə görə, bu barədə aktyor özü məlumat verib.

“Milli məclisin deputatı Könül Nurullayevaya məktubla müraciət edib xahiş etdim ki, oğlumun maaşı çox azdır, imkan olarsa, kömək edin, artırılsın. Allah tərəfi Könül xanım SOCAR-ın əvvəlki rəhbərliyinə məktubla müraciət etdi. Nəticədə oğlumu işdən çıxardılar. Hələ də işsizdir iki uşaq atası... Uşaqlar məktəbə də getmirlər” – o qeyd edib.

 

 



Xəbər xətti