Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Şəhidlər Xiyabanını ziyarət edib.
Sitat.info“Report”a istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda şəhid olan türk əsgərlərinin abidəsi önünə də gül dəstələri qoyub.
“Burada dəfn olunan türk əsgərləri kimi, 44 günlük müharibədə Azərbaycan şəhidləri də vətənləri uğrunda canlarından keçib, qəhrəmancasına həlak olublar. Vətən uğrunda canlarından keçən hər kəsi dərin hüznlə yad edirik!”, - TBMM sədri bildirib.
Qeyd edək ki, M.Şəntop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.