SON DƏQİQƏ! Rusiya televiziyalarına baxanlar ŞOKA DÜŞDÜ: Siyasi şərhçilər nəhayət DİLƏ GƏLDİLƏR...

15:47 17 May 2022

Ukraynada tədricən məğlub olan Rusiya lideri Putin və Baş Qərargah rəisi Gerasimov briqada generalı və ya polkovnikin verməli olduğu qərarları verməyə başladılar.

SİTAT.İNFO xəbər verir ki, bazar ertəsi axşam saatlarında Rusiya dövlət televiziyasında yayımlanan proqramla Putinin Ukraynada qələbə çalması ilə bağlı mediada yayılan saxta rəvayət yerlə bir oldu.
Ölkənin ikinci böyük şəhəri Xarkovdan rus işğalçılarını sıxışdırıb çıxaran Ukrayna ordusu 50 kilometr uzaqlıqdakı Rusiya sərhədinə çatıb. Rusiya sərhədindən 18 kilometr aralıda yerləşən Ruska Lozova kəndində qorxu hökm sürür. 

Xarkovdan şimalda yerləşən kənd iki ay işğal altında olub və aprelin sonunda rus ordusundan geri alınıb. Kəndin düz yanında çayın üzərində yerləşən körpü dağılıb. İşğalçılar dəf edildikdən sonra kənd sakinlərindən Rostislav Stepanenko öz evinə qayıdıb.
Müharibədə onlarla yüksək rütbəli zabitini və ən azı 15 min əsgərini itirən Rusiya lideri Vladimir Putin taktikasını dəyişib. Qərb kəşfiyyat orqanları Ukraynadakı qərarlarda Putin və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun birbaşa iştirak etdiyini bildirir.

Ukraynadakı mərhələli məğlubiyyət, Rusiya dövlət mediasında da bəzi şərhlərdə öz əksini tapıb. Rusiya lideri Putin fevralın 24-dən bir neçə gün sonra “müharibə”, “hücum”, “istila” və “işğal” kimi sözlərdən istifadəni qadağan edib. Üstəlik, Rusiya hakimiyyətinin bəyanatlarından başqa Ukrayna xəbərlərini yayanları 15 il həbs gözləyir.
 Rusiya televiziyasının ən çox baxılan proqramlarından birində çıxış edən Xodarenok Moskvanın nüvə müharibəsi təhdidlərini olduqca gülünc hesab etdiyini bildirib.
Putini inamla dəstəkləyən hərbi bloger İqor Strelkov da Rusiya ordusunun Ukraynada qələbə çalacağına inamını itirir.

Rusiyada kifayət qədər tanınan Strelkov Donbası ələ keçirmək cəhdinin son nəticədə iflasa uğrayacağını etiraf edərək, Ukraynanın heç bir böyük şəhərinin də “azad edilmədiyini” qeyd edib.

Ləman SƏRVANQIZI
SİTAT.İNFO



Xəbər xətti