Finlandiya və İsveç NATO-ya tezliklə qəbul ediləcək: Müraciət qəbul edildi

10:28 18 May 2022

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər

SİTAT.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq bildirib ki, bu ölkələrin NATO-ya daxil olması üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir. 

Finlandiya və İsveçin NATO-dakı nümayəndələri NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrinin NATO-ya üzv olması üçün ərizələri rəsmən təqdim ediblər.

Bu tədbir alyansın mətbuat xidməti tərəfindən onlayn yayımlanıb.

Alyansın baş katibi deyib ki, NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün müraciətini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə alyans Baltikyanı regionda təhlükəsizlik sistemin.

Safura,

SİTAT.İNFO



Xəbər xətti