İrəvanda müxalifət yenidən vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
SİTAT.İNFO "Armenia Today"-a istinadən xəbər verir ki, səhər saatlarında 73 nəfər saxlanılıb.
Mayın 18-də səhər saatlarında Müqavimət Hərəkatı baş nazir Nikol Paşinyanın istefasını tələb edərək vətəndaş aksiyalarına yenidən start verib. Ermənistan Respublika Partiyasının sədr müavininin rəhbərlik etdiyi bir qrup etirazçı Abovyan və Moskovyan küçələrinin kəsişməsini qısa müddətə bağlayıb.
Səhər saatlarında İsaakyan küçəsi, Nalbandyan-Tumanyan yolayrıcı və bir sıra digər küçələr də bağlanıb. Səhər saat 9:30-a olan məlumata görə, polis əməkdaşları İrəvanda küçə etirazlarının 73 iştirakçısını saxlayıblar.
Xatırladaq ki, bir gün əvvəl 414 etirazçı polis bölmələrinə aparılıb. Bu arada, Müqavimət Hərəkatının liderlərindən biri, Milli Assambleyanın vitse-spikeri İşxan Saqatelyanın sözlərinə görə, 600-ə yaxın adam saxlanılın.
O, bu barədə ötən gecə Fransa meydanında keçirilən mitinqdə bildirib.
Səid İsaoğlu,
SİTAT.İNFO