Ötən gün "Armeni Today" saytında yer alan xəbər ermənilərin öz daxili auditorityalarını ovundurmaq üçün növbəti yalanlara baş vurduğunu üzə çıxarıb.
SİTAT.İNFO xəbər verir ki, yayılan xəbərdə bildirilir ki, Xankəndidə yerləşən guya qondarma rejimin Ağavno icmasının rəhbəri Gevorq Çavuşyan Azərbaycanlıların həmin kəndə elektrik dirəkləri quraşdırmaq cəhdlərinin qarşısını alıb. Çavuşyan deytib ki, guya azərbaycanlılar icmanın ərazisindən keçən dəhlizdə elektrik dirəkləri quraşdırmaq istəyiblər, lakin danışıqlardan sonra bundan imtina ediblər.
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, sözügedən məlumat həqiqəti əks etdirmir: "Tamamilə əsassız məlumatdır. Biz plana uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə işlərmizi davam etdiririk".
Çox güman ki, mediada aparılan bu dezinformasiya siyasəti Ermənistanın daxili auditoriyasına hesablanıb və Ermənistanın Xankəndidə idarəetmə qurduğu, bu rejimə diqtə etdiyini göstərməyə çalışırlar.
Nərgiz,
SİTAT.İNFO