Kreml Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşını arzuolunmaz şəxs elan edib, onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
“Mayın 18-də Fransa Respublikasının səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa hakimiyyətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşının arzuolunmaz şəxsiyyət elan etməsi ilə bağlı təxribat xarakterli və əsassız qərarı ilə əlaqədar kəskin etiraz bildirilib. Pyer Levə bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb.
"Cavab olaraq, Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı persona non-qrata elan edilib. Onlara bu gündən etibarən iki həftə ərzində Rusiya ərazisini tərk etmək tapşırılıb".
Fransa Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının fransız diplomatlarını ölkədən çıxarmaq qərarından təəssüflənir və bunu əsassız hesab edir.
Safura,
SİTAT.İNFO