Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb.
Sitat.info xəbər verir ki, mayın 21-də keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.