Daha bir ölkədən Kremlə zərbə: Diplomatları qovuldu, cavabı gecikmədi

14:08 19 May 2022

Moskva rus diplomatlarının Portuqaliyadan çıxarılmasına cavab olaraq, Portuqaliyanın Rusiyadakı səfirliyinin 5 əməkdaşını ölkədən çıxarır.

SİTAT.İNFO xəbər verir ki, bu barədə mayın 19-da Rusiya diplomatik departamentinin yaydığı məlumatda deyilir.

Belə ki, Portuqaliya Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarıb. Rusiyanın Lissabondakı səfiri Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Portuqaliya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Buna cavab olaraq, mayın 19-da Portuqaliyanın Moskvadakı səfiri Madalena Fişer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfdən ona Portuqaliya Respublikasının hakimiyyətinin Rusiya xarici missiyasının 10 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı təxribat xarakterli qərarıyla əlaqədar kəskin etiraz edilib. 

"Cavab olaraq, Portuqaliya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin beş əməkdaşı persona non-qrata elan edilib. Onlar müvafiq notanın səfirə çatdırıldığı tarixdən etibarən 14 gün ərzində ölkəni tərk etməlidirlər".

Banu,

SİTAT.İNFO



Xəbər xətti