"Maersk" Azərbaycan ərazisindən yükdaşıma xidmətini işə salır

11:04 20 May 2022

Danimarkanın nəqliyyat və logistika qrupu “AP. Moller-Maersk” Orta Dəhliz üzərindən Çin və Avropa arasında yeni dəmir yolu xəttini işə salır.

“APA-Economcis” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Çinin müxtəlif şəhərlərindən yola düşən yeni “Maersk” xidməti Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə onu Avropa ilə birləşdirir. Çatdırılma müddəti təxminən 40 gündür.

“Çin və Qazaxıstan arasında Xorqos sərhədini keçdikdən sonra konteynerlər dəmir yolu ilə Aktau stansiyasına çatır və oradan barjaya yüklənilərək Bakıya yola salınır. Daha sonra isə konteynerlər Gürcüstan Potidəki APM terminallarına göndərilir və oradan fider gəmisinə yüklənilərək Rumıniyanın Konstansa limanına, daha sonra isə müxtəlif Avropa ölkələrinə göndərilir”, - məlumatda bildirilir.



Xəbər xətti