Hesablama Palatası 2021-ci il dövlət büdcəsinin icrasına rəy verib

13:17 20 May 2022

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.

Palatadan Sitat.info-ya verilən xəbərə görə, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının Rəyi geniş müzakirə edilib və müvafiq qərar qəbul edilib.



Xəbər xətti