Azad edilmiş ərazilərdə metal tullantıları toplayan şəxslər ƏLƏ KEÇDİ VİDEO

14:08 20 May 2022

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sitat.info-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Çıraquz kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və Elşad Bayramovun idarələrindəki “Mercedes-Benz” markalı yük avtomobilini nəzarət qaydasına uyğun saxlayıblar. Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib. Həmçinin avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal tullantıları aşkar edilib. 

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.



Xəbər xətti