Rusiya və MDB üzv dövlətləri biotəhlükəsizlik sahəsində memorandumlar bağlayır.
Sitat.info Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanla müqavilələr yüksək səviyyədə hazırdır: “"Bu gün Rusiyanın qonşularımızla biotəhlükəsizlik sahəsində əməkdaşlığa dair 4 memorandumu var. Bunlar Ermənistan, Özbəkistan, Tacikistan və Türkmənistanladır", - deyə rusiyalı paramentari qeyd edib.