Rusiya NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya üçün qazı kəsmək qərarına gəlib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Finlandiyanın "Gasum" enerji şirkəti məlumat yayıb.
Şirkət rublla ödəniş etməkdən imtina etdiyi üçün Rusiyanın mayın 21-i saat 07:00-dan etibarən qaz nəqlini dayandıracağını açıqlayıb.
Ukraynanın işğalı ilə bağlı tətbiq olunan sanksiyalara görə Rusiya qaz satdığı ölkələrdən “Qazprombank”da hesab açmağı və təbii qaza görə ödənişlərini rublla etməyi tələb edib.
Finlandiyanın dövlət qaz şirkəti "Gasum" isə bu tələbi rədd edib. Bunun nəticəsi olaraq Rusiya Finlandiyanın qazını kəsmək qərarına gəlib.
"Gasum"un baş direktoru Mika Viljanen mövzu ilə bağlı bildirib ki, Rusiyanın təbii qaz tədarükünü dayandırması olduqca kədərlidir.
Qeyd edək ki, təbii qaz ehtiyacının hamısını Rusiyadan idxalla qarşılayan Finlandiyanın Moskva ilə 2031-ci ilə qədər qaz tədarükü müqaviləsi var.
Murad