Rus hərbçilər Suriyadan çıxır - Ukraynaya döyüşə yollanırlar

08:25 21 May 2022

Rus hərbçilər Suriya sahillərində yerləşən hərbi obyektləri tərk edir

Rusiya hərbçiləri Suriyanın Laziqiyyə vilayətinin Cəbəl ət- Türkman və Cəbəl əl-Əkrad hündürlüklərində olan hərbi obyektlər və müşahidə məntəqələrini boşaltmağa başlayıblar.

Suriya müxalifətinə məxsus mətbuat bildirir ki, Rusiya bu ölkədə olan mövqelərini boşaltmağın hazırlıq mərhələsinə 30 gün bundan əvvəl başlayıb, 20 gün öncə isə proses start götürüb. 

Mövqelərdən təxliyyə edilən hərbçilər Ukraynaya qarşı təcavüzdə iştirak etmək üçün Rusiyaya yola salınırlar. Boşaldılan hərbi obyektlər İrana bağlı yaraqlılara və "Hizbullah" terrorçularına təhvil verilir. 

Rusların bundan başqa bir neçə postu, eləcə də Slinfə şəhərində yerləşən komanda idarəetmə mərkəzini də boşaltdığı qeyd edilir. 

Rusların tərk etdiyi əksər mövqelərin funksiyası müşahidə və artileriya qoşunlarına koordinatlar vermək üçün istifadə edilirmiş.



Xəbər xətti