Müharibə başlayandan indiyədək 6 milyon 361 min 116 nəfər Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Onların hazırkı sayı 3 milyon 418 min 77 nəfər təşkil edir.
Sonrakı yerləri Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya, Belarus bölüşür.
Bundan əlavə, fevralın 28-dən indiyədək 1 milyon 887 min 500 vətəndaş Ukraynaya qayıdıb.