Azərbaycana yeyinti məhsullarının idxalı 11% artıb

11:53 21 May 2022

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 703 901,3 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 11% artıb.

Ümumilikdə cari ilin ilk dörd ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,42% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,57 faiz bəndi azdır.



Xəbər xətti