Bakıda polis əməkdaşları hamilə qadının xəstəxanaya çatdırılmasına yardım ediblər.
Gundem.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Anar Rəsulov adlı şəxs taksi xidməti göstərərkən, maşına hamilə qadının mindiyini, vəziyyətinin ağır olduğunu, ancaq tıxaclar səbəbindən onu xəstəxanaya çatdırmaqda çətinlik çəkdiyini qeyd edib. Bu zaman polis əməkdaşlarına müraciət edib və yol polisi taksinin xəstəxanaya çatdırılması üçün hər şey edib.
99 YP 445 nömrə nişanlı YPX maşınında xidmət edən əməkdaşların fədakarlığını isə sürücü yol boyu lentə alıb.
Qeyd edək ki, polislərin kim olduğu məlum deyil.