Bu pomidorlarda təhlükəli zəhər olur - YEMƏYİN!

18:14 21 May 2022

Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş kal pomidorlar toksiki zəhərlidir.

Sitat.info bizim.media-ya istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatina yetişməmiş pomidorda solanin adlı zəhərli maddənin olduğunu deyib.

"Əgər bu tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin. Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.

Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir

İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir", - deyə həkim vurğulayıb.

Qeyd edək ki, pomidorda nitratın çox olduğunu belə bilmək olur: tərəvəzi kəsəndə çoxlu sarı arakəsmələr, sap kimi çıxıntılar varsa, deməli, nitratla zəngindir

 

 



Xəbər xətti