"Qarabağ" klubunun Azərbaycan Premyer Liqasında qazandığı qızıl medallardan biri şəhid azarkeş Məhəmmədəli İbrahimlinin atasına verilib.
Sitat.info Report-a istinadən xəbər veirir ki, "köhlən atlar"ın oyunçuları mükafatlandırma mərasimində şəhidin atası ilə xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, "Qarabağ"a çempionluq kuboku, "Neftçi"yə gümüş, "Zirə"yə isə bürünc medallar təqdim olunub.