ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə onu Qərbin Rusiyaya qarşı sanksiya təzyiqlərinə qoşulmağa razı salmağa çalışacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.
"Bu, konstruktiv və səmimi söhbət olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Baydenin Modi ilə Yaponiyada Dördtərəfli Təhlükəsizlik Dialoqu ölkələrinin (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) liderlərinin sammiti çərçivəsində görüş keçirməsi planlaşdırılır.