Son dəqiqə məlumatlarına görə, ilk Asiya səfəri üçün Yaponiyada olan ABŞ prezidenti Co Bayden Çinin Tayvana hücum edəcəyi təqdirdə ABŞ-ın adanı hərbi yolla müdafiə edəcəyini bildirib.
SİTAT.İNFO xəbər verir ki, CO Bayden bu mövzuda sərt danışıb.
Dünyanın gözü və qulağı Ukrayna müharibəsində ikən Ukraynadan minlərlə kilometr aralıda bir müharibə ehtimalı da var. Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil:
ABŞ Çinin dünya işğal planına qarşı müdafiə hazırlıqlarını davam etdirən Tayvana yardım vəd edib. ABŞ prezidenti Bayden, Çinin işğal etməyə çalışacağı halda Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləyib.
"Biz bu istiqamətdə öhdəlik götürdük. Çin siyasətini qəbul etdik, buna imza atdıq... Amma Tayvanı zorla almaq uyğun deyil”.
Bayden bəyanatında Ukrayna müharibəsinə də toxunaraq deyib ki, Rusiya uzun müddət Ukraynadakı barbarlığının bədəlini ödəməli olub.
Ləman Sərvanqızı
SİTAT.İNFO