Aİ Ukraynanın başını qatır: "15-20 il çəkə bilər..."

12:15 23 May 2022

Fransanın Avropa məsələləri üzrə dövlət naziri Klement Beaun Ukraynanın Avropa Birliyinə üzvlük müraciətinə toxunaraq, Ukraynanın Aİ-yə daxil olmasının 15-20 il çəkə biləcəyi barədə xəbərdarlıq edib.

SİTAT.İNFO xəbər verir ki, Rusiyanın hücumlarından sonra Ukrayna Avropa Birliyinə (Aİ) üzv olmaq üçün müraciət edib və prosesin sürətləndirilməsini tələb edib.

Fransanın Avropa Məsələləri üzrə Dövlət Naziri Klement Beaune xəbərdarlıq edib ki, Ukraynanın Aİ-yə daxil olması üçün onilliklər lazım ola bilər: "Dürüst olmalıyıq. Əgər Ukraynanın 6 ay və ya bir-iki il sonra Aİ-yə üzv olacağını deyirsinizsə, yalan deyirsiniz. Yəqin ki, 15-20 il davam edəcək” dedi.
“Mən ukraynalılara heç bir illüziya və ya yalan təqdim etmək istəmirəm” deyən Beaun, Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Aİ-yə daha tez inteqrasiyasına kömək edə biləcək daha sərbəst “Avropa siyasi icması” yaratmaq təklifini təkrarlayıb.

Prezident Makronun "Avropa siyasi icması"  ilə bağlı təşəbbüsünün iyunda keçiriləcək Aİ Sammitində müzakirə ediləcəyi gözlənilir.


Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti