Ukraynada davam edən müharibə ilə bağlı elan edilən hərbi vəziyyətin müddəti daha 90 gün, yəni avqustun sonunadək uzadılıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Belə ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumları səbəbindən elan edilən hərbi vəziyyətin uzadılmasına qərar verilib. Ukraynalı deputat Yaroslav Jeleznyak sosial media hesabından verdiyi açıqlamada “Verkhovna Rada hərbi vəziyyətin tətbiqini avqustun 23-dək uzadıb” deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-də ümumi səfərbərlik elan edilməsi haqqında fərman imzalamışdı.
Ləman Sərvanqızı
SİTAT.İNFO