Brüssel görüşü: Sülh istiqamətində atılmış mühüm addım - RƏY

12:57 23 May 2022

"Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Əsas əhəmiyyətlisi odur ki, Azərbaycan tərəfinin bundan əvvəlki görüşlərdə də irəli sürdüyü 5 maddədən ibarət sülh sazişinə hazırlıq mərhələsində müzakirə olunacaq məsələlər görüş zamanı bir daha öz təsdiqini tapdı. Ümumilikdə, Brüssel görüşü sülh istiqamətində atılmış mühüm addım oldu".

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O vurğulayıb ki, əsas məsələlərdən biri də əldə edilən razılıqda Dağlıq Qarabağ ifadəsinin yer almaması, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin görüşü, eyni zamanda kommunikasiyaların açılmasının olmasıdır:

"Uzun müddət Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Qarabağın bir hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə bütün xalqların hüquq və azadlıqlarının olduğu kimi, Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşı kimi bütün vətəndaşlıq hüquqları tanınır. Dəfələrlə deyilib ki, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması bütün bunlar təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatı kimi rol oynamalıdır. Çünki Ermənistan bu gün ordusu dağılmış, əhalisi yoxsul səviyyədə yaşayan ölkədir. Amma Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etməkdə olan dövlətlərindəndir".

Deputat əlavə edib ki, iqtisadi əlaqələrin güclənməsi və kommunikasiyaların bərpası Ermənistanın iqtisadi vəziyyətinin yüksəlməsinə səbəb olacaq.



Xəbər xətti