Ukrayna atəşkəs üçün tək şərtini açıqladı: Torpaq güzəştə gedilməyəcək...

14:18 23 May 2022

Ukraynada müharibə tam sürətlə davam edərkən, Kiyev cəbhəsindən bir-birinin ardınca diqqətçəkən bəyanatlar gəlir. Kiyev atəşkəs üçün yeganə şərti açıqlayıb.
 

SİTAT.İNFO xəbər verir ki, Britaniyanın "Guardian" qəzetində yer alan xəbərə görə, Ukrayna Rusiyaya torpaq verilməsini ehtiva edən hər hansı atəşkəs razılaşmasını rədd edib.

"Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə başa çatmalıdır" -  deyə, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

Ukrayna lideri Zelenskinin müşaviri Mixaylo Podolyak dünən Ukraynanın atəşkəs məsələsi ilə bağlı yekun qərarını açıqlayıb.

Podolyak atəşkəsi qəbul etmədiklərini, döyüşlərdə hər hansı fasilə yaranarsa, Rusiyanın daha sərt cavab verəcəyini bildirib.

Podolyak əlavə edib ki, Kiyev torpaqlarının Moskvaya verilməsi ilə bağlı heç bir razılaşmanı qəbul etməyəcək.

Digər tərəfdən, Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı cəhdləri  dəstəkləmək üçün bölgəyə BMP-T Terminator tanklarını yerləşdirdiyini bildirib.

Buna baxmayaraq, Müdafiə Nazirliyi Mərkəzi Qüvvələr Qrupunda 10 tankdan çox olmadığını vurğulayıb.

Az sayda olduğuna görə, nazirlik terminatorların müharibəyə əhəmiyyətli təsir göstərə bilməyəcəyini söyləyib.


Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti