Bu gün İrəvan metrosunda “Müqavimət” hərəkatının gənclərinin keçirdiyi aksiya zamanı etirazçılarla metronun qadın işçisi arasında qalmaqal qeydə alınıb.
Buna səbəb isə etirazçıların qatar vaqonuna "artsax"ın qondarma bayrağını asmaq cəhdi olub.
Sitat.info Ölkə.Az-a istinadən xəbər verir ki, metronun “Yeritasardakan” stansiyasının qadın əməkdaşı gənclərə hücum edərək onlara "artsax"ın əsgi parçasını vaqonda dalğalandırmağa qadağa qoyub və qondarma bayrağı cırmağa başlayıb.
Aksiyada iştirak edən qızlardan biri onu “artsaxın bayrağını cırıb, türkə bənzəmə” deyəndə, metronun qadın işçisi ona cavab olaraq deyib: “Qızım, get döyüş”.