DİQQƏT: Bu şəxslər qəbul imtahanlarına buraxılmayacaq - VİDEO

22:36 23 May 2022

Ali məktəblərə qəbul imtahanı iki dəfə keçirildiyindən tələbələr öz nəticələrini süni yolla artırmaq üçün qayda pozuntularına yol verirlər. Belə halda tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən cəzalandırılacaqlar.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Mərkəzin mətbuat və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu tələbələrin imtahan nəticəsi ləğv edilməklə yanaşı, imtahanda ikinci dəfə  iştirakına da məhdudiyyət qoyulacaq.

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, başa çatmış və heç bir qayda qozuntusuna yol verilməmiş imtahanın nəticələrinin ləğv edilməsi qanuna ziddir. Bundan başqa, qanunda tələbənin növbəti imtahana buraxılmaması ilə bağlı da heç bir bənd yoxdur. Dövlət İmtahan Mərkəzi abituriyentin yalnız qayda pozuntusuna yol verdiyi imtahanının nəticəsini ləğv edə bilər. Qayda pozduğuna görə növbəti şansını əlindən ala bilməz.

Qeyd edək ki, 22-23 may tarixlərində  Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak edən 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfərdə isə "ağıllı" saat aşkarlanıb.



Xəbər xətti