Ukrayna prezidenti Volodimir Zelenski ötən gün videomüraciətlə Dünya İqtisadi Forumuna qoşulub. SİTAT.İNFO xəbər verir ki, Zelenski bir daha dünyanı Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.
Zelenski Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq edilməsi barədə çağırışını təkrarlayıb.
Dünya İqtisadi Forumunda açıqlamalar verən Zelenski sammitin builki mövzusunu “tarixdə dönüş nöqtəsi” olduğunu xatırladıb. Tam neft embarqosu çağırışını təkrarlayan Zelenski Rusiyanın Çerniqovdakı Desna Hərbi Bazasına raket hücumunda ağır itki verdiyini də açıqlayıb.
Ləman Sərvanqızı
SİTAT.İNFO