ABŞ-dan şok etiraf gəldi - Sanksiyalar uğurlu olmadı...

12:05 24 May 2022

 ABŞ-ın Demokratlar Partiyasından olan senator Con Hikkenluper bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar önəmlidir, lakin istənilən qədər uğurlu deyil. 

SİTAT.İNFO  xarici mediaya istinadən xəbər verir ki, ABŞ senatoru Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf edib.
Davos Sammitində Bloomberg HT-yə danışan amerikalı senator Con Hikkenluper Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki rolunu yüksək qiymətləndirib və Türkiyənin bu məsələdə həmişəki kimi vasitəçi olduğunu deyib. 
Sosial medianın "post-həqiqəti çox güclü etdiyini" vurğulayan Hickenlooper, "Sosial media Ukrayna ilə bağlı çox yaxşı bir nöqtədədir. Sosial mediada müharibə ilə bağlı şahidlər insanları bir araya gətirir." Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli olduğunu, lazımi qədər uğurlu olmadığını ifadə edən Hikkenluper, rublun əvvəlkindən daha güclü olduğunu və Rusiyanın sanksiyalara baxmayaraq hələ də hasil etdiyi qədər neft və qaz satdığını vurğulayıb.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti