Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

12:57 24 May 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir keçirilib.

Sitat.info xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Cavid Quliyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və başqaları iştirak ediblər.

Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin, onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Nazir müavini bu istiqamətlərdə ardıcıl addımlar atıldığını deyib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında önəmli rola malik olduğunu vurğulayıb.

Bildirib ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti ilə birgə icra olunan “PAŞA Bank ilə başla” layihəsi də əlilliyi olan şəxslərin bilik və bacarıqlarının, məşğulluq imkanlarının artırılmasına öz töhfəsini verir.

Cavid Quliyev və Fariz İsmayılzadə layihənin ölkəmizdə həssas əhali qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət siyasətinin icrasına dəstək məqsədi daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, layihəyə əsasən 5 sahə (“SQL proqramlaşdırma”, “Help desk”, “Çağrı mərkəzi”, “Qrafik dizayn”, “Rəqəmsal marketinq”) üzrə təlimlər keçirilib. Təlimlərin yekununda bilik səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən imtahanlardan 68 nəfər uğurla keçib. Layihənin yekun mərhələsində 20 iştirakçı isə bir neçə şirkətdə təcrübə qazanmaq imkanı və iş yeri əldə edib.

Həmçinin “Korporativ DOST” könüllü altproqramı çərçivəsində də layihə üzrə 7 sessiyadan ibarət təlimlər təşkil olunub. Təlimlərdə əlilliyin qiymətləndirilməsi strategiyaları və tibbi-sosial reabilitasiya, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətlər, əlilliyi olan şəxslərin işə qəbul proseduru, sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər və s. mövzular tədris olunub.

Sonra layihə iştirakçılarına sertifikatlar və təşəkkürnamələr təqdim edilib. Əlilliyi olan şəxslər layihənin onların peşəkar inkişafına verdiyi dəstəkdən məmnunluq ifadə ediblər.

Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlim keçən əlilliyi olan şəxslərin ifasında konsert proqramı təqdim edilib.Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

Əlilliyi olan şəxslərlə bağlı layihənin yekunlarına dair tədbir keçirilib - FOTO

/Apa



Xəbər xətti