"Sülh üçün Ukrayna Rusiyaya torpaq verməlidir" - ABŞ-ın keçmiş dövlət katibindən SENSASİYA

16:38 24 May 2022

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Avropa Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməlidir. Kissincerin “Ukrayna torpaq verməlidir” sözləri dünya mətbuatında geniş işıqlandırılıb.

1970-ci illərdə Riçard Nikson və Cerald Fordun rəhbərliyində çalışmış və Soyuq Müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir. Böyük dövlət xadimi çıxışında Qərbi, Ukraynada Rusiya qüvvələrini əzmək səylərindən əl çəkməyə çağırıb və bunun Avropanın uzunmüddətli sabitliyi üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Qərbin bu anın əhval-ruhiyyəsinə qapılmasının və Rusiyanın Avropa güc balansındakı yerini unutmasının ölümcül olacağını vurğulayan Kissincer, müharibənin davam etməsinə icazə verilməməsini deyib.

Avropanın Ukraynanı danışıqların şərtlərini qəbul etməyə məcbur etməsinin  lazım olduğunu ifadə edən ABŞ katibi deyib ki, yaxın iki ay ərzində çaşqınlıq və asanlıqla aradan qaldırıla bilməyəcək gərginlik yaranmadan danışıqlara başlanmalıdır: "İdeal nəticə Ukraynanın neytral dövlət, Rusiya ilə Avropa arasında körpü rolunu oynaması olardı. Bu andan etibarən müharibə Ukraynanın azadlığından yox, Rusiyadan gedir, hər ikisinə qarşı yeni bir müharibə olacaq. Rusiya 400 ildir Avropanın əvəzolunmaz hissəsi və kritik dövrlərdə  güc balansının qarantisi olub. Avropa liderləri bu uzunmüddətli əlaqələri gözdən qaçırmamalı və Rusiyanı Çinlə davamlı müttəfiqliyə sövq etməməlidirlər!.

Kissincerin Ukraynanı Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur edən sözləri bu gün Qərb mediasında geniş əks-səda doğurub. Britaniyanın Teleqraf və Dailymail qəzetləri keçmiş nazirin sözlərini “Ukrayna Rusiyaya torpaq verməlidir” başlığı ilə açıqlayıb.

Nigar ABUZƏR

SİTAT.İNFO



Xəbər xətti