Maxi.az "özünü yandırdı": İrqçilik yayan "qara məhsul" söhbəti

16:48 24 May 2022

Elektronika və məişət texnika internet mağazası “Maxi.az” Afrikanın Azadlıq Günü ilə əlaqədar endirim kampaniyası keçirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə şirkətin rəsmi Feysbuk hesabında məlumat paylaşılıb.

“25 may tarixində Afrikanın Azadlıq Günü münasibətilə seçilmiş qara məhsullara endirimlərimiz var. Dostlarımızın azadlığını bizimlə qeyd edin, 50%-ə qədər endirimlərdən faydalanın”, - reklamda deyilir.

ADRA-nın Mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirib ki, “Maxi.az”ın sosial şəbəkələrdə paylaşılan reklamı açıq məkanda yayımlanmadığı üçün ona nəzarət Azərbaycan Dövlət Reklam Agentliyinin səlahiyyətləri xaricindədir.

Qeyd edək ki, Afrikanın azadlığı günündə “qara məhsullara” endirim kəskin etirazla qarşılanıb və bu, irqçilik, ayrı-seçkilik kimi dəyərləndirilib.



Xəbər xətti