Azərbaycanda ƏDV ilə bağlı YENİ XƏBƏR - VİDEO

22:20 24 May 2022

Cari ilin əvvəlindən təsdiq edilmiş qərara əsasən bəzi kütləvi informasiya vasitələri məhsullarının və kitabların əlavə dəyər vergisindən azad olunmasından demək olar ki, bir çox vətəndaşın xəbəri var.

SİTAT.İNFO  xəbər verir ki, bu siyahıda hansı məhsulların olduğunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb. Bildirilib ki, tam siyahı Nazirlər Kabinetinin qərarı ilə bu ay təsdiq edilib.

Siyahıya qəzet kağızları, şəkil kağızları və xəritələrlə yanaşı, kitab və digər dərs vəsaitləri də daxildir. Bu isə sözügdən məhsulların ucuzlaşmasına gətirib çıxarır ki, bu da oxucu sayının artması ilə yanaşı kitab bazarındakı canlanmaya səbəb ola bilər. 

Müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.



Xəbər xətti