Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumu (World Economic Forum) çərçivəsində “Neft və qaz” mövzusunda birgə işçi şam yeməyində iştirak edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında paylaşım edib.
“Regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”, - nazir qeyd edib.