Mariupol limanı tamamilə minalardan təmizlənib və normal qaydada fəaliyyətə başlayıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Ukraynalı yaraqlılardan azad edilmiş Donetsk Xalq Respublikasının Mariupol şəhərində gündəlik fəaliyyətə başlayan dəniz limanının minalardan təmizlənməsi və demilitarizasiyası başa çatıb", - Konaşenkov bildirib.
Banu,
SİTAT.İNFO