Milli Məclisdə 6 layihə qəbul edilmədi

10:09 26 May 2022

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

Sitat.info xəbər verir ki, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

/Axar.az

 



Xəbər xətti