Kritik yol uğrunda şiddətli döyüş: Rusiya bu yolu nəzarətə götürsə...

14:06 26 May 2022

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibədə qarşıdurmalar son günlər əsasən Ukraynanın şərq vilayətlərində cərəyan edir.

Çünki 24 fevraldan bu yana sürətlə davam edən müharibədə əsas hədəfi paytaxt Kiyev olan Rusiya, bütün cəhdlərinə baxmayaraq şəhəri ələ keçirə bilməyib, daha sonra hədəfini Donbasa çevirib.

Həftələrlə şiddətli qarşıdurmalara səhnə olan bölgədə toqquşmalar Severodonetsk-Baxmut yolunda daha da güclənib.

Hər iki ölkənin ordusu kritik yol uğrunda döyüşür. Bildirilir ki, Rusiya qüvvələri Baxmuta gedən yolu nəzarətə götürsə, şəhər tamamilə mühasirəyə alınacaq.  

Luqansk vilayət ordusunun komandanı Sergeyt Qayday  deyib ki, onlar şəhəri ələ keçirə bilməzlər, buna görə də əsgərlərimizi şəhərdən çıxarıb məhv etmək qərarına gəldilər.

Ukraynalı komandir həmçinin bildirib ki, Rusiya qüvvələri 24 saatlıq bombardman altında olan Severodonetskdə minaatanlardan istifadə etmək üçün kifayət qədər yaxın məsafəyə çatıb.  Qayday çərşənbə axşamı Rusiyanın açdığı atəş nəticəsində 6 nəfərin öldüyünü bildirib.
 Əgər Rusiya qonşu Lisiçanski də ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq.

Bölgəyə könüllü olaraq gedən və mülki əhalinin Severodonetski boşaltmasına kömək edən amerikalı həkim Dallas Entoni Keysi deyir ki, Rusiya qüvvələri mülki əhalinin yaşadığı əraziləri daim bombalayır.
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti