Almaniyanın baş naziri Olaf Şolz İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) etdiyi çıxışında kəskin ifadələr səsləndirib.
SİTAT.İNFO xəbər verir ki, Şolz "Putin bu müharibədə qalib gəlməməlidir və əminəm ki, qazanmayacaq” - deyib.
Xatırladaq ki, Almaniyanın baş baziri Olaf Şolz İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) iclasının son günündə çıxış edib.
Şolz çıxışında deyib ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzü Avropanın hər hansı bir yerində münaqişənin alovlandığı anlamına gəlmir.
Burada nüvə silahına malik böyük bir dövlət, sərhədləri yenidən cızdığını iddia edir. Putin, güclü olanın doğru olana diktə etdiyi, azadlıq, suverenlik və öz müqəddəratını təyinetmənin hər kəsə aid olmadığı dünya nizamına qayıtmaq istəyir. Bu imperializmdir. Bu durum Avropa dövlətləri olaraq, bizi bir-birimizə daha da yaxınlaşdırdı”.
Rusiya-Ukrayna müharibəsindən sonra dünyanın dönüş nöqtəsində olduğunu bildirən Şolz deyib ki, yalnız Ukrayna dövləti təhlükədə deyil: "İki dağıdıcı dünya müharibəsinin bir daha təkrarlanmaması üçün biz beynəlxalq əməkdaşlığa hazırıq. Putin bu müharibədə qalib gəlməməlidir və mən əminəm ki, qazanmayacaq. Bu müharibə Putinin müharibəsidir və o, artıq bütün strateji hədəflərini əldən verib".